Qısa məzmun
SAT Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. İdarəçilik bacarığı olmalıdır.
Şirkət haqqında: SAT Group MMC (Təlim və konsaltinq şirkəti)
SAT Group ölkəmizin qabaqcıl təlim və konsaltinq şirkətlərindən biridir. Fəaliyyətə başladığı 2014-cü ildən indiyə kimi inşaat, bank, qida, pərakəndə, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda fəaliyyət göstərən 500-dən artıq şirkətlərdə satış, marketinq, insan resursları, ümumi idarəetmə istiqamətlərində uğurla biznes konsaltinqi və təlim xidmətləri həyata keçirmişdir. Şirkət olaraq əməkdaşlarımızın davamlı peşəkar inkişafını təmin etmək üçün təlim-inkişaf siyasəti qurulmuş və uğurla həyata keçirilməkdədir. Əməkdaşların rifahı bizim üçün daim prioritet işlərdən biridir. Burada sizi gənc, mehriban kollektiv gözləyir.
İş şəraiti:
- Ünvan: Caspian Plaza, 1-ci korpus, 3-cü mərtəbə
- Həftəlik iş qrafiki: 5 gün
- İş saatları: 10:00-19:00 / 09.00 – 18.00
- Əmək haqqı: namizədə görə dəyişir
Vəzifə öhdəlikləri:
- Marketinq şöbəsinin işinə nəzarət edir
- Şirkət strategiyasının icrasına nəzarət edir
- Satışa yönəlik marketinq fəaliyyətinə nəzarət edir (dijital reklamlar, mail marketinq)
- Brendinqə yönəlik aylıq aktivlikləri hazırlayır və icrasına nəzarət edir (bloq, webinar, seminar, forum, faydalı youtube videoları, canlı yayım)
- Müştəri loyallığı proqramlarını hazırlayır və icrasına nəzarət edir
- Müştəri xidmətinin keyfiyyətinə nəzarət edir və artımı yönündə tədbirlər görür
- CRM sisteminə, DATA keyifiyyətinə nəzarət edir, müştəri feedbacklərini analiz edir, DATA analitikasını həyata keçirir
- Sosial media postları üçün kontent menecerə və qrafik dizaynerə təqdim etmək üçün brief-ləri hazırlayır
- Partnyorlarla effektli işin təşkilini təmin edir (Networking.az, Marsol, ABB Sahibkarlar Klubu)
Tələb olunan təcrübə və biliklər:
- Marketinq üzrə minimum 3 il iş təcrübəsi
- Ali təhsil (İqtisadiyyat, Marketinq, Menecment üstünlük verilir)
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək
Tələb olunan səriştələr:
- İdarəçilik bacarığı
- Danışıq aparma bacarığı
- Korporativ davranış bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Dinamiklik, analitik düşünmə və problem həll etmə bacarıqları
- Təşəbbüskarlıq və nəticəyə yönəlik işləmə bacarığı
- Yeniliklərə açıq olmaq və kreativlik
E-mail: gunel.f.muradzade@gmail.com
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...