Qısa məzmun
Zakaz.az Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
Namizəddən Tələblər:
- Ali təhsil;
- Yüksək səviyyədə komputer bilgiləri;
- Rus və ingilis dillərini sərbəst bilməli;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək əviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketinq meneceri” qeyd edərək CV formasını cv@zakaz.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...