Marketinq meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. 166 Yükdaşıma və Logistika Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Marketinq və ya Biznesin təşkili üzrə ali təhsil olmalıdır.

İş barədə məlumat:

  • Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi;
  • Bazar araşdırmalarının aparılması və təhlili;
  • Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
  • Şirkətin marketinq büdcəsinin müəyyən edilməsi və həmin büdcə daxilində marketinq tədbirlərinin həyata keçirilməsi;
  • Müştərilərlə görüşlərin təşkil edilməsi və onların tələbatı barədə məlumat toplanması;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi məqsədilə strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Aylıq marketinq fəaliyyətlərinin hesabat şəklində hazırlanması və rəhbərliyə təqdim olunması

Namizədə tələblər:

  • Marketinq və ya Biznesin təşkili üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli, digər dizayn proqramlarında (CorelDraw/Adobe Photoshop) işləmə bacarığı;
  • Kreativ olmaq və sahə üzrə trendləri izləmək;
  • Komandada işləmə bacarığı;
  • Təşkilatçılıq və idarəetmə bacarığı;

Vakansiyaya müraciət üçün, CV formanızı cv@166.az elektron poçtuna “Marketinq meneceri” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı