Qısa məzmun
Ə/h 800-1200 AZN. Wentto Electronics Marketinq meneceri vəzifəsi üzrə vakansiya elane edir.
Vəzifə öhdəlikləri:
- Məhsul kateqoriyaları və promo kampaniyaları üçün kreativ ideyaların hazırlanması;
- Satış hədəflərinə çatmaq məqsədilə qabağcadan marketinq təkliflərinin hazırlanması;
- Sosial media platformalarının reklam strategiyasını qurmaq və inkişafını təmin etmək;
- Marketinq büdcəsinin təsdiq edilmiş istiqamətlər üzrə düzgün sərf olunmasını təmin etmək; (Hədəf auditoriyasının düzgün seçimi, ən effektiv reklam kanallarından istifadə olunması əsas öhdəlikdir);
- Veb sayt trafikini, xidmət kvotalarını və hədəf auditoriyalarına təsir edən vacib reklam kanallarını təyin etmək və izləmək;
- Müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
- Sosial media sorğularının korporativ standartlara uyğun cavablandırılmasının monitorinqi; (cavablandırmalar üçün standartların hazırlanması);
- Şirkətin sosial yönümlü və marketinq layihələrinin hazırlanmasında iştirak etmək;
- Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq;
- Kampaniyaların ümumi performansı haqqında dəqiq hesabatlar hazırlamaq;
Tələblər:
- Marketinq sahəsində 2-3 il iş təcrübəsinin olması;
- Elektronika və mobil telefonlar üzrə təcrübənin olması üstünlükdür;
- Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis; (ingilis dili arzuolunandır)
- Təhsil – Ali təhsilli;
- Yaş həddi 25 -40 yaş;
Ümumi məlumat:
- AR qanunvericiliyinə əsasən rəsmiləşmə
- 6 Günlük iş həftəsi 09:00-dan 18:00-dək
- Əmək haqqı 800 – 1200 azn;
Müraciət qaydaları:
Müraciət etmək üçün CV-nizi elektron poçt ünvanına mövzu hissəsində – “Marketinq meneceri” yazıb göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...