Qısa məzmun
VMF MMC Marketing manager vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
- Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
- Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
- Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
- Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
- Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.
İş saatı: 09:00-dan 18:00-dək
İş günləri: 1-6 ci günlər
Əmək haqqı namizədin bacarıqlarına görə təyin ediləcəkdir.
Namizədə tələblər:
- Marketinq sahəsində ali təhsili
- 25-35 yaş
- Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
- Analitik və kreativ düşünmə tərzi
- Təqdim etmə bacarığı
- Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq
- MS Office-də işləmək bacarığı
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir
- Sosial Media İşlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə
- Müştərilər üzrə Sosial media strategiyalarının hazırlanması
- Müştərilər üzrə mətnlərin hazırlanması
- Müştərilərlə əlaqə, müştəri məmnuniyyətinin təmin olunması
- Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
- Reklamların təyin edilməsi və idarə edilməsi
- Reklamların və görülən işlərin analizi bacarığı
- Google ads üzrə işləmə bacarığı
- Photoshop və dizayn proqramlarinin bilməsi
- Planlaşdırma və realizasiya bacarığı
- Məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə bacarığı
- Kreativ düşüncə
Namizədlər CV-lərini Marketinq meneceri başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir.
20 Yanvar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...