Qısa məzmun
166 Yükdaşıma və Logistika Marketinq menecer vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə kompüter bilgiləri olmalıdır.dır.
Öhdəliklər:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
- Marketinq meneceri vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Yüksək səviyyədə kompüter bilgiləri;
- Rus və ingilis dillərini sərbəst bilməli;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş şərtləri:
- 5 günlük iş qrafiki.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
- İş yeri: Nərimanov ray, Xətai pr 40 a.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Marketinq meneceri” qeyd edərək elektron ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Kiçik Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Digital Marketinq üzrə Dizayner vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...