Qısa məzmun
189 Taxi şirkəti Marketinq meneceri vakansiyasını elan edir.
İş barədə məlumat:
- Şirkətin marketinq strategiyasının tərtibi və həyata keçirilməsinə rəhbərlik etmək
- Marketinq komandasının işinin effektivliyini təmin etmək və müvafiq əməkdaşlara tapşırıqlar təyin etmək
- Xidmətin məqsədlərinə uyğun olaraq bütün marketinq kanallarında (rəqəmsal və off-line) kampaniyaların idarə edilməsi
- bazar tendensiyaları haqqında dərin araşdırmalar apararaq, biznesin inkişafı üçün yenilikçi fikirlərin tətbiqi
- ROI, CJM və LTV analizi
- Şirkət daxilində marketinq və satış komandaları arasında əlaqələndirici rolunu oynamaq
- Digər şirkətlərlə kommunikasiya və işbirliyi qurmaq ( ortaq aksiyalar və s.)
- Müştəri loyallığını artıracaq strategiyalar hazırlamaq
- Aylıq və illik hesabatlar hazırlamaq
Tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil.
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili sərbəst və rus yaxud ingilis dili üstünlükdür
- Puntual, kreativ və innovativ olmaq
- Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi.
- Analitik düşüncə qabiliyyəti, məhsulun bazar mövqeyini gücləndirəcək strateji yanaşmaların inkişaf etdirilməsi bacarığı
- Komanda üzvlərini motivasiya etmək və onların inkişafına dəstək olmaq bacarığı
- Yüksək təşkilatçılıq, planlaşdırma və icra bacarıqları
- Güclü şifahi və yazılı kommunikasiya bacarığı
- Texnoloji yenilikləri izləyən və inkişafa meyilli
- İnkişafa meyilli, yeni biliklər əldə etməyi sevən və həsuliyyətli
- Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü
- Tapşırıqların idarə edilməsi üçün olan proqlamlarla işləmə bacarığı ( Trello, Jira, Asana və s.)
Biz nə 0 edirik?
- Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
- Şəhər mərkində iş yeri
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Marketinq meneceri” yazaraq hr@taxibaku.az ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...