Marketinq meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

   “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

    Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Marketinq meneceri :

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office);
  • Planlama bacarığı,
  • Təşəbbüskar,
  • Yenilikçi, punktual və kreativ ,
  • İşə yaradıcı yanaşma
  • Tədqiqat bacarığı,
  • Biznes yönümlü ünsiyyət bacarığı

İş haqqında məlumat:

  • Şirkətin məqsədlərinə uyğun marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək;
  • Reklam, sosial media marketinqi və digər kampaniyaları planlamaq, həyata keçirmək və nəticələrini analiz etmək;
  • Məhsul və xidmətlər üzrə bazar tələbatını, rəqabət mühitini və müştəri ehtiyaclarını analiz etmək;
  • Brendin tanıdılması və müsbət imicinin formalaşdırılması üzrə işlər aparmaq;
  • Rəqəmsal marketinq: SEO, SEM, sosial media platformaları, Google Ads və digər rəqəmsal alətləri effektiv istifadə etmək;
  • Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı razılaşma yolu ilə

Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq meneceri” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı

Marketinq Departamentinin Direktoru

Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

29.12.2024 - Bakı

700 — 1000 ₼
Targetoloq

Improve Group Targetoloq vəzifəsi üzrə vakansiya elan edir. ...

Improve Group

28.12.2024 - Bakı

1200₼
Marketinq Müdiri

Bonamed MMC şirkəti Marketinq Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

28.12.2024 - Bakı

600₼
Təqdimatçı

Azdizayn Group MMC Təqdimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Azdizayn Group

19.12.2024 - Bakı