Qısa məzmun
Bonamed MMC şirkəti Marketinq Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının işlәnilmәsi vә hәyata keçirilmәsi;
- Məhsulların satışının artırılması istiqamətində yeni kompaniyalar hazırlamaq və icrasında iştirak etmək;
- Şirkət saytı üzrə işlərdə iştirak;
- Mövcud müştәri bazasını analiz etmək və həmin baza ilə daimi işləmək;
- Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması;
- Marketinq büdcəsinin idarə edilməsi;
- Marketinq şöbәsinin gündәlik işinә operativ nәzarәt;
- Satış şöbәsi ilә әmәkdaşlıq
Namizədə Tələblər:
- Minimal 2 illik marketinq və sosial media təcrübəsi;
- Digital Marketing üzrə təcrübəli ( Meta Business, Ads manager, Google Ads və s.);
- Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramları biliyi mütləqdir;
- Digər növ bütün bilik və bacarıqlar üstünlükdür.
Şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi: 09:00-dan 18:00-dək;
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
- Bayramlar qeyri iş günü;
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Bütün avadanlıqlarla təminat;
- Əmək haqqı 1000 AZN + bonus (KPİ bonus).
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@bonamed.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq Müdiri” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...