Qısa məzmun
Ə/h 1000- 2000 AZN. Corn Processing Company Marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə və komandanı idarəetmə qabiliyyəti olmalıdır.
İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 1000 NET
Tabeçilik: Direktor
İŞİN TƏSVİRİ:
- Tabeliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
- İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün rosesə nəzarət etmək;
- İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
- İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
- İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
- İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
- İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsinə dair təkliflər vermək;
- Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
- Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
- Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
- İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
- İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
- İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
- Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Mühəndis, texnoloji təhsilli namizədlərə üstünlük veriləcək);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini hr@cpccom.az ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...