Marketinq mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Göygöl Təhsil Mərkəzi Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Marketinq sahəsində iş təcrübəsi olmalıdır.

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial – Gəncə, 2 filial – Göygöl, 1 filial – Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

  • Abituriyent hazırlığı
    Təkmilləşdirmə kursları
  • Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı

Vakansiya: Marketinq mütəxəssisi – Gəncə

İş yeri: Gəncə şəhəri
İş saatı: 09:00 – 18:00
İş rejimi: 6 günlük

Əsas vəzifə və öhdəlikləri

  • CRM proqramı üzrə tələb olunan əməliyyatları həyata keçirmək, müştəri yönümlü təhlillər aparmaq;
  • Proqram təminatı üzrə işçilərin istifadə etməsinə nəzarət;
  • Sosial Media hesablarının idarə edilməsinin təşkili;
  • Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;
  • Xidmətlərimizin müştərilərə düzgün kommunikasiyasının həyata keçirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
  • Marketinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Analitik düşüncə tərzi, kreativlik, müştəri yönümlülük, məsuliyyətlilik
  • Marketinq strategiyaları və üsulları üzrə biliklər
  • Excel və PowerPoint istifadə bacarığı

Vakansiyaya müraciət üçün “Marketinq mütəxəssisi-Gəncə” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı