Marketinq mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN+ Bonus.BeIT & Partners Marketing mütəxəssisi üzrə vakansiya elan edir. Komanda idarəetmə bacarığı olmalıdır.

Vəzifə və Öhdəliklər:

  • SEO, CRM, SEM və marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının qurulması və optimizasiyası, kontent planların hazırlanması
  • Yeni sistem həlləri və digər proqram yenilikləri üzrə məlumatın yayılması məqsədi ilə mövcud və prospektiv müştərilərlə telefon danışıqlarının aparılması həmçinin görüşlərin təşkil edilməsi
  • Şirkətin yeni və mövcud layihələr üzrə Müştəri məmnuniyyətinin təmin olunması
  • Sayta məlumatın əlavə olunması və dəyişdirilməsi, dizayn və yeni məlumat üçün ideyaların verilməsi, bazara çıxarılan məhsulun irəli getməsinin təhlili
  • Marketinq sahəsinin inkişafı məqsədi ilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək
  • Müxtəlif çeşidli marketinq materiallarının (POSM (Point Of Sales Materials)) və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin hazırlanması/ dəyişdirilməsi
  • Postların tərzinin, dizaynların (kreativlərin) hazırlanması və tərtibatının planlaşdırması (Dizayn və Korporativ stil ilə bağlı səthi biliklər)
  • Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər ilə təkliflərin hazırlanması və icrası (Korporativ satış ilə bağlı həvəsləndirici programların inkişaf etdirilməsi və tətbiqi)
  • Daxili satış kanallarını (SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilini aparılması

Tələblər:

  • Yüksək şəxsi və ünsiyyət bacarıqları
  • İdarəçilik və liderlik xüsusiyyətləri
  • Komanda idarəetmə bacarığı
  • Mükəmməl danışıq və yazışma qabiliyyəti
  • İT sahəsində satış və marketing təcrübəsinə üstünlük verilir
  • Azərbaycan, Rus, Turk və İngilis dili bilməli
  • Ofis programları bilməli
  • ERP və avtomatlaşdırma sistemlərini bilən namizadlərə üstünlük veriləcək

İş şəraiti:

  • İş qrafiki həftə içi hər gün saat 9:00-dan 18:00-dək.
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq qeydiyyat
  • Son müraciət tarixi:  4 Fevral
  • Əmək haqqı: 800-1000 AZN + Bonuslar
  • Əmək haqqı müsahibə əsasında namizədin bilikləri uyğun razılaşdırılacaq

Namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketinq Mütəxəssisi” sözlərini qeyd etməklə elektron ünvanına göndərməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı