Qısa məzmun
Mirvana Group MMC marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir:
Mirvana Group MMC 2022-ci ildən fəaliyyətə başlayıb. Hazırda ev və ofis mebellərinin istehsalı və satışı ilə məşğuldur. Sürətlə inkişaf edən bir şirkətdə işləmək istəyən namizədlər axtarışındayıq.
İş barədə məlumat
- Bazardakı trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
- Müştəri davranışlarının tədqiq edilməsi
- Müştəri ilə düzgün kommunikasiya vasitələrinin hazırlanması
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsi
- Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
- Marketing təhlillərinin aparılması, kompaniyaların təşkili və idarə edilməsi
- Veb saytın, sosial media hesablarının inkişafı və idarə edilməsi
Namizəd üçün tələblər
- Təhsil: Ali (Marketinq, İdarəetmə və İqtisadiyyat sahəsində)
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı
- Qeyd olunan sahədə iş təcrübəsinin minimum 3 il olması vacibdir
- MS Word, MS Excel, MS PowerPoint proqramlarnın mükəmməl bilməli
- Marketinq sahəsinə aid sənədlərin hazırlanması və işgüzar yazışmanın aparılması
- Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, (Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir.)
İş rejimi
- 6 günlük iş qrafiki (09:00-17:00)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri Xətai rayonu Babək prospektində yerləşir.
- Əmək haqqı:1000-1500 AZN (təcrübəyə əsasən)
Tələblərə uyğun gələn namizədlər CV-lərini marketinq mütəxəssisi başlığını qeyd etməklə hr@alc-finance.com mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...