Qısa məzmun
Ninka Cards and Gifts Marketinq və SMM Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Youtube və s.) ilə işləmək bacarığı
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Layihələr üçün məzmun araşdırmasının aparılması, məzmunların hazırlanması
- Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq
- Reklam kanallarının araşdırılması və seçilməsi
- Marketinq tədqiqatları aparmaq (potensial bazar axtarışı ,sahələr, sifarişçilər, rəqiblər və sair)
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- SMM kanallarına nəzarət etmək
- Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək
- Xüsusi günlər, bayram günləri və s. dövlət əhəmiyyətli günlərin qeydiyyatını aparmaq və o anlara özəl postların paylaşılması
- Səhifələr üzrə gələn sorğuların müvafiq əməkdaşlara yönləndirilməsi və cavablandırılması
- Səhifələr üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək
- Aylıq yekun statistic nəticələrin hazırlanması
- bloger ve influencerlarla işləmək
Namizədə tələblər:
- Sosial media sahəsində biliklər, sosial mediada aktiv sahifəyə sahib olmaq üstünlükdür.
- Azərbaycan və rus dilini yaxşı səviyyədə bilmək
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı
- Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti
- Facebook Ad manager üzrə texniki biliklər
- Google ADS və Analytics üzrə biliklər
- SEO, CRM haqqında biliklərin olması üstünlükdür
5 günlük iş həftəsi/İş Saatı 10:00-dan 19:00-dək
CV-lərinizi admin@ninka.az və nergiz@ninka.az ünvanına Marketing manager başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...