Qısa məzmun
“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) şirkəti Marketinq üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin təşkili və həyata keçirilməsi;
- Marketinq planının və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Seqment üzrə analizlərin aparılması;
- Ənənəvi reklam platformasında reklam bölgüsünün həyata keçirilməsi və komandaya düzgün istiqamətdə dəstək verilməsi;
- Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
- Bazar tələbatının, rəqiblərin aktivliklərinin araşdırılması;
- Çöl və daxili çap işlərinin hazırlanmasına və ümumi prosedura nəzarət;
- Aylıq görülən işlərə dair hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- MS Office ( Word, Excel, Powerpoint) proqramlarını yüksək səviyyədə bilməli;
- Dil bilikləri: İngilis mükəmməl səviyyədə (Rus dili bilməsi arzuolunandır);
- Yüksək şifahi və yazılı kommunikasiya bacarığı;
- Marketinq və bazar araşdırmaları haqqında biliyə malik olması;
- Analitik və kreativ düşünmə tərzi.
İş şəraiti:
- İş günləri: 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1000- 1200 AZN
Müraciət qaydaları:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...