Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Technoil LLC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yalnız kişi namizədlər tələb olunur.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketing siyasətinin planlaşdırılması
- Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi
- Bazar araşdırması və lazımi analizlərin aparılması
- SMM və internet marketing ilə işləmə bacarığı
- Qrafik və dizayn işlərinin tərtib edilməsi
- Müştərilərlə əlaqələrin idarəsinə nəzarət
Vəzifəyə olan Tələblər:
- Ali təhsil (Marketinq sahəsində təhsil arzu olunandır)
- Yalnız kişi namizədlər tələb olunur.
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- Kreativ proyektlərin reallaşdırılması təcrübəsi
- Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri yaxşı səviyyədə
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
- Şəxsi avtomobilinin və “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir.
Vəzifədən irəli gələn səriştələr:
- Operativlik
- Punktuallıq
- Komanda ilə işləmə bacarığı
Əmək şəraitinin şərtləri
- İş yeri Bakı şəhərində yerləşir
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul AR ƏM əsasında
- Qidalanma, mobil rabitə, yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı razılaşma yolu ilə.
Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV – lər 10 Mart 2020-ci il tarixinədək qəbul olunur.
Xahiş edirik, mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...