Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Marketinq üzrə mütəxəssis (rəqəmsal sahədə) vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://hr.mktcotton.com/az/job/marketinq-uzre-mutexessis-reqemsal-sahede
Təsvir
- Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
- Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
- Rəqəmsal marketinq təqvimini idarə etmək;
- Reklam kampaniyalarının onlayn olaraq izləmək və hesabat vermək;
- Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
- Korporativ Sosial Məsuliyyət (KSM) layihələrini idarə etmək.
Tələblər
- Marketinq, kommunikasiya, informasiya texnologiyaları sahəsində ali təhsil;
- Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 1 ildən artıq təcrübə;
- Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights, Facebook Business Manager, Google Tag Manager üzrə bacarıq və təcrübə;
- Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi;
- SEO/SEM biliyi;
- Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır;
- Onlayn media planlaşdırmasının əsas ölçülərini anlamaq;
- Əla analitik və təşkilatçılıq bacarığı;
- Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
- Azərbaycanın regionlarına səyahət etmək imkanı;
- Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
- Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır).
İş haqqında əlavə məlumat:
- İş qrafiki: I-V günlər, 09:30-18:30;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Tibbi siğorta;
- Korporativ nömrə;
- İxtisası üzrə təlimlər;
- Ehtiyac olanda avtomobillə təmin olunma.
Oxşar vakansiya siyahısı:
SMM mütəxəssisi
GESCO SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...