Qısa məzmun
AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Sektor üzrə məhsul spesifikasiyasına uyğun həm daxili həm də xarici bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları,hesabatların, satış və marketinq strategiyasının hazırlanması
- Şirkətin bazarda mövqeyini müəyyənləşdirmək, bazardakı rəqiblər haqqında məlumatların toplanması, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi
- Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyacları, alış vərdişlərinin analizinin və hesabatın hazırlanması
- İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək
- Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak,
- Şirkətin PR (CSM), Reklam, CSR siyasətinin, CRM sisteminin hazırlanması, bu sahədə işlərin koordinasiyası və icrasının həyata keçirilməsi
- Press-relizlərin və digər lazımi mətnlərin yazılması;
- Audiovizual məhsulların hazırlanmasında iştirak, bu işlər üzrə fəaliyyət göstərən komandanın idarə edilməsi;
- Çap reklam materiallarının mətnlərinin yazılması və vizuallaşdırılmasında iştirak;
- Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
- Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
- Sosial medi hesabları və rəsmi sayt üçün kontentlərin hazırlanması;
- Sosial media hesablarının idarə edilməsi;
Tələblər
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi ( FMCG sahəsi üzrə üstünlükdür )
- Təhsili: Ali təhsil (Biznes, Marketinq, İqtisadiyyat, İdarəetmə, və digər əlaqəli sahələrdə);
- MS Office proqramları – yaxşı səviyyədə (Word, Excel, PowerPoint, Outlook);
- Azərbaycan, Rus və İngilis dili biliklərinin olması
- Problem həll etmə bacarığı;
- Analitika bacarığı;
- Təqdimat bacarığı;
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...