Qısa məzmun
AzGübrə Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək
- Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək
- Azərbaycan Dövlət Reklam Agentliyi ilə münasibətlərin idarə olunması
- Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək
- Rəqəmsal sahədə alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək
- Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək
- Trendləri izləmək, sosial media alətlərindən düzgün istifadə və nəzarət etmək
- Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək
- Marketinq araşdırmalarrını həyata keçirmək və araşdırma nəticlərini düzgün analiz edib nəticə çıxarmaq
- İllik marketinq hesabatını hazırlamaq
- Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
- Ali təhsilli;
- Minimum 1 il müvafiq sahə də iş təcrübəsi;
- Marketinq planının və strategiyasının yazılması, marketinq büdcəsinin hazırlanması və bu büdcə əsasında işlərin idarə olunmasını
- Marketinq və menecmentin əsaslarını;
- İctimaiyyətlə əlaqələr strategiyasının hazırlanması, media əlaqələrinin idarə edilməsi, düzgün PR alətlərinin seçilməsini
- Reklam haqqında Azərbaycan Respublikasının Qanununu
- Reklam fəaliyyətinin təşkili, online və offline reklam alətlərinin müəyyən edilməsi və idarəedilməsini
- Rəqəmsal marketinq fəaliyyətinin təşkili, tərkibinə daxil olan alətlərin kordinasiya edilməsi və istifadə edilməsini
- Azərbaycan dilinin qrammatik normalarını
- Marketinq araşdırmalarının aparılma nəzəriyyəsini və praktikasını;
- Marketinq araşdırmalarının hesabatının hazırlanması qaydalarını;
- Marketinq kampaniyalarının yazılması, hazırlanması və nəticələrinin analiz edilməsini
- Toplanmış informasiyanı qruplaşdırıb analiz etməyi;
- İnformasiyanın təhlili, ötürülməsi və qorunması üsullarını;
- Daxili və xarici bazarların potensial imkanlarının və inkişaf tendensiyalarının öyrənilməsi metodlarını;
- İşgüzar ünsiyyət etikasını;
- Şəxsi heyətlə iş formaları və metodlarını, əməyin motivasiya edilməsini;
- Daxili əmək intizamı qaydalarını;
- Azərbaycan, Rus və İngilis dillərini
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında
- İş yeri: Bakı şəhəri
- Korporativ nömrə ilə təmin edlimə
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi e-mail ünvanına “Marketinq üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...