Qısa məzmun
Solamedical MMC – Kanon Tibb Mərkəzi Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- Şirkət: Solamedical MMC – Kanon Tibb Mərkəzi
- Vakansiya: Marketinq üzrə mütəxəssis
Tələblər:
- Yaş: 20-35;
- Təhsil: Ali tibb təhsili;
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yaradıcı qabiliyyətə malik olmaq;
Vəzifə öhdəlikləri:
- Öncədən təyin olunmuş həkim ziyarətlərinin həyata keçirilməsi;
- Təyin olunmuş vaxtda həkimlərə müvafiq tibbi informasiyalar üzrə təqdimatların hazırlanması;
- Müəyyən konfransların təşkilində iştirak edilməsi;
- Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
- Marketinq planlarının, kompaniya nəticələrinin və layihə tövsiyələrinin inkişaf etdirilməsi və rəhbərliyə hesabat verilməsi;
- Görülən işlər barədə mütəmadi olaraq hesabatların hazırlanması;
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN (gross)
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: Tam iş günü
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə hr@solamedical.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-525-52-72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...