Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Klimat-X Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Marketinqin əsas prinsiplərini yaxşı bilməlidir.
Əsas və vəzifə öhdəlikləri:
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil edir;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkət bloqunun moderasiyasını aparır;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul, xidmət və kompaniyaların inkişaf etdirilməsini təmin edir;
NAMİZƏDLƏR AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİRLƏR:
- Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə sahələr üstünlükdür);
- Müvafiq sahədə 1 illik iş təcrübəsi;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
- Azərbaycan dilini mükəmməl bilmək, (ingilis, rus dili üstünlükdür)
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) kklimatx@gmail.com e-ünvanına Marketinq üzrə Mütəxəssis başlığı ilə təqdim etsinlər.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...