Marketinq üzrə rəhbər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Agro şirkəti Marketinq üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:

Şirkət maraqlarının təmin olunması məqsədilə, satış istiqamətində operativ qərarların qəbulu, istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini, yeni istehlak bazarlarının araşdırılması, mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir.

Vəzifə öhdəliyi:

  • Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
  • Biznes proseslərinin təkmilləşdirilməsi
  • Yeni məhsulların yaradılması, onların təşviqi metodlarının seçilməsi
  • Təşkilatın üzvlük strateqiyasının təkminləşdirilməsi və yeni üzvlərin cəlb edilməsilə bağlı işin təşkili
  • Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi
  • Layihələrin idarə olunması
  • Marketinq planının hazırlanması və həyata keçirilməsi;
  • Marketinq kampaniyalarının büdcəsinin tərtibatı;
  • Şirkətin ticarət nişanlarının atributlarının, brendinq standartlarının hazırlanması;
  • Marketinq proqramlarının həyata keçirilməsi üçün üçüncü tərəf təşkilatları arasında müsabiqənin hazırlanmasını və keçirilməsini təmin etmək;
  • Üçüncü şəxslərlə müqavilələrin hazırlanması və bağlanması;
  • Təsərrüfat subyektlərinin fəaliyyətinin effektivliyini müəyyənləşdirmək üçün onların istehsal-təsərrüfat , kommersiya və satış fəaliyyətinin təşkili və idarə edilməsi üzrə tədqiqatın aparılması
  • Təsərrüfat subyektlərinin fəaliyyətinin effektivliyini müəyyənləşdirmək üçün onların istehsal-satış fəaliyyəti göstəricilərinin analizi
  • Tələblərin öyrənilməsi, təsərrüfat subyektlərinin biznes müvəffəqiyyətini təmin etmək üçün seqmentləşdirmə kriteriyaları (coğrafi, demoqrafik, iqtisadi və.s) vasitəsilə bazarın seqmentləşdirilməsi
  • Marketinq tədqiqatlarını özündə əks etdirən periodik hesabatların hazırlanması.

Bilməlidir:

  • Biznesin idarə edilməsini;
  • Marketinq və reklam fəaliyyətinin təşkilinə dair qanunvericilik, əsasnamə;
  • Cəmiyyətin təşkilati strukturunu, məhsulların marketinq sistemini, onun fəaliyyət qaydasını, şöbənin işinin təşkilini;
  • Şirkətin marketinq dəstəyinə olan ehtiyaclarını ödəmək üçün şöbənin vəzifələri, bu problemləri həll etmək bacarığı;
  • Marketinq fəaliyyətinin təhlili üsullarını;
  • Cəmiyyətin digər bölmələri ilə təşkilati və informasiya qarşılıqlı fəaliyyəti qaydasını;
  • Marketinq planlarının işlənib hazırlanması qaydasını;
  • Marketinq fəaliyyətinin nəticələrinin operativ uçotunun təşkili;
  • Şöbənin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi meyarları;
  • Marketinq sahəsində qabaqcıl yerli və xarici təcrübə;
  • Şöbənin sənədləşdirilməsinin tərkibini və strukturunu;
  • Kompüter texnologiyası, rabitə və rabitə vasitələri (CRM, dizayn proqramlarından istifadə bilikləri, web page management, )
  • Qablaşma və reklam dizaynı

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Müştəriyə oriyentasiya;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint), Adobe illustrator, Adobe photoshop, Corel Draw

Tələblər:

  • Marketinq sahəsi üzrə ali təhsil, beynəlxalq sertifikat
  • Marketinq rəhbər vəzifəsində ən az 5 il iş təcrübəsi
  • Rus və ingilis dili mükəmməl

Təminatlar:

  • Əmək haqqı: 5000 AZN
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.

Vakansiyaya uyğun namizədlər  CV-lərini “Marketinq üzrə rəhbər”  başlığı ilə e-mail ünvanına göndərə bilər.

Qeyd: Xahiş edirik yalnız tələblərə cavab verən, biznesin idarəedilməsi, layihələrin təşkili işlərində 5 ildən yuxarı təcrübəsi olanlar müraciət etsin.

Əlaqədar şəxs: Səidə Ağayeva  050-268-45-95

Oxşar vakansiya siyahısı:

Digital marketinq üzrə texniki mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

02.12.2024 - Bakı

Старший Бренд-менеджер

ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

29.11.2024 - Bakı

Təlim və inkişaf şöbəsinin koordinatoru

ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

29.11.2024 - Bakı

SMM Təcrübəçi (ödənişsiz)

Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...

Giperaks

25.11.2024 - Bakı

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı