Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Timex Cargo Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Müştəri ziyarətlərini planlaşdırmaq və izləməlidir.
İş barədə tələblər:
- Bütün marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
- Satış və marketinq strategiyalarının işlənib hazırlanmasını və həyata keçirilməsini təşviq etmək;
- Müştəri ziyarətlərini planlaşdırmaq və izləmək;
- Yük daşınmasında müştəri portfelinin yaradılması və inkişafı;
- Qiymət strategiyası yaratmaq və idarə etmək;
- Satış hədəflərinin reallaşdırılması üçün fəaliyyət planının yaradılması;
- Yeni iş modellərini inkişaf etdirmək, mövcud biznesin artırılmasına və fəaliyyət planlamasına töhfə verəcək araşdırmalar aparmaq;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq müdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Sosial media və bazara çıxarılacaq bütün çap materiallarına nəzarətin həyata keçirilməsi;
- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
- Reklamların sifarişinə , hazırlanmasına nəzarət edilməsi;
- Xidmətlərin inkişafına nəzarət edilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
- Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.
İş şərtləri:
- İş qrafiki – 6 gün
- Əmək haqqı – Razılaşma yolu ilə
CV-ni foto ilə birliktə qarayev@timex.az electron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...