Qısa məzmun
Ateshgah Insurance Company Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lh7bocndr
Təsvir
Əsas vəzifə öhdəlikləri
- Daxili və xarici PR planının hazırlanması;
- Daxili və xarici PR planı üzrə icra olunan işlər haqqında hesabatın hazırlanması;
- Daxili və xarici PR-ın monitorinqi (media ilə sıx əlaqələr də daxil olmaqla);
- Müxbirlər, TV və radio kanallarla əlaqələrin yaradılması və koordinasiyası, Şirkətin təbliğ olunmasını dəstəklənməsi və monitorinqi;
- Şirkətin cari fəaliyyətininin KİV-də işıqlandırılmasının təmin edilməsi;
- KİV tərəfindən daxil olan informasiya sorğularının cavablandırılması;
- İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların hazırlanması və redaktə edilməsi;
- Şirkətə məxsus xəbərlər haqqında press-relizlərin yazılması, rəhbər şəxslərlə müsahibələrin təşkili və hazırlanması;
- Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
- Marketinq planı üzrə icra edilən işlər haqqında hesabatların hazırlanması
- Loyallıq sistemi üzrə planın hazırlanması, həyata keçirilməsi və monitorinqi
- Şirkət brendinin nüfuzunun qorunmasında iştirak etmək;
- “Carçı” jurnalı və bülletenlərin hazırlanması;
- Sosial şəbəkələrə daxil olan şikayətlər üzrə işləmək;
- Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi;
- İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması;
- Birbaşa rəhbərin və o cümlədən şuranın/komitələrin tapşırıqlarını yerinə yetirmək;
- Birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Əmək haqqı: 600-650 AZN
Tələblər
Namizədə tələblər
- Yaş: 25-35
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Marketinq və PR sahəsində təcrübəyə malik olmalı;
- Təşəbbüskar olmalı;
- Kompyuterdə sərbəst işləməyi bacarmalı;
- Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
- İnkişafa meyilli olmalı;
- Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;
- Şirkətin daxili əmək nizamı qaydalarını;
- Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
- Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı;
- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (yaxşı) mütləqdir , İngilis dili (arzuolunandır).
Şəxsi keyfiyyətlər
kollektivdə işləmək, qarşısına qoyduğu məqsədlərə çatmaq, işə yaradıcı yanaşmaq və sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq bacarığına malik olmalıdır.
Oxşar vakansiya siyahısı:
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...