Qısa məzmun
Başak Group şirkəti Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili,
- Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
- Biznes danışıqları aparmaq bacarığı;
- Müvafiq sahədə ən azı 3 il təcrübə;
- B2B, B2C, Online və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
- Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
- Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
- Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
- Kompüter bilikləri: Microsoft Office, Outlook;
Vəzifə öhdəlikləri:
- Şirkətin və Marketinq Satış strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək.
- Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək.
- Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
- Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (korporativ satış, SMM, Loyallıq planı və s.).
- Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
- Müştəri məlumatlarının toplanması CRM sisteminin qurulması.
- Marketinqın qurduğu müştəri məlumatlarının toplanması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemləri idarə etmək
- Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək.
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
- Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
- Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək
- Satış dövrünün tam nəzarəti;
- Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
- Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması
- Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
- Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: müsahibə əsasında təyin olunur,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketing director” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
500 — 601 ₼
SMM mütəxəssisKepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...