Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti Marketlər şəbəkəsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.
Vəzifə: Marketlər şəbəkəsinin meneceri
Vəzifə öhdəlikləri:
- Marketlər şəbəkəsinin üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
- Yeni marketlər açılması və fəaliyyətə başlnması;
- Göstərilən bölgələrdə marketlərin inkişafı.
- Marketlərdə hədəf göstəricilərinin icrası;
- Marketlərə nəzarət;
- Marketlərin dövriyyəsini artırmaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- İş proseslərinin icrasını təmin etmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Marketlərin satış planının yerinə yetirilməsi;
- Marketlərində şirkət standartları və qaydalarının tətbiqi;
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Əməliyyat və analitik hesabatların hazırlanması və aparılması;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Cari itkilər faizinə nəzarət, zərərləri minimuma endirmək üçün işlərin aparılması;
- Kadrlarla iş: inzibati kadr seçimi, təlim, motivasiya, rotasiya;
Namizədə dair tələblər:
- Müvafiq sahədə (ticarət, satış) 5 ildən çox təcrübəsi (rəhbər vəzifələrində)
- Azərbaycan, Rus və İngilis dillərin səlis bilikləri.
- Ali təhsil (İqtisadiyyat, marketing, biznesin inkişafı və s.)
- MS Office 365 bilikləri (excel- əla səviyyədə)
- Şəbəkəsinin fəaliyyət prinsipləri, qaydaları və əsas fəaliyyət göstəricilərini bilikləri
- Analitik düşünmə bacarığı
- Yüksək məsuliyyət və güclü təşkilatçılıq bacarığı
- Qərarlar qəbul etmək və onların həyata keçirilməsinə nail olmaq, inkişaf etmiş liderlik keyfiyyətləri, komandada işləmək bacarığı.
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı bacarıqlar və biliklər üzrə dəyərləndiriləcək
- Telefon və nəqqliyyat xərcləri şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər mövzu yerində “MŞ menecer” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...