Marketoloq
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Göygöl Təhsil Mərkəzi Marketoloq vəzifəsi üzrə vakansiya elan edir. Marketinq sahəsində iş təcrübəsi olmalıdır.

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 mərkəzdə ( Baş ofis və 1 filial – Gəncə, 2 filial – Göygöl, 1 filial – Şəmkir,) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

  • Abituriyent hazırlığı
  • Təkmilləşdirmə kursları
  • Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı
  • Vakansiya: Marketoloq-Gəncə
  • İş yeri: Gəncə şəhəri
  • İş saatı: 09:00 – 18:00

Əmək haqqı: Müsahibə əsasında

İş haqqında:

Əsas vəzifə və öhdəlikləri

  • Müştəri ilə münasibətlər sistemin qurulması və idarə edilməsinə nəzarət;
  • CRM proqramı üzrə tələb olunan əməliyyatları həyata keçirmək;
  • Mövcud, həmçinin yeni layihələr üzrə marketinq planlanlarının işlənilməsi və reallaşdırılması;
  • Reklam planları üçün təkliflərin hazırlanması,reklam aksiyaları və tədbirlərin koordinasiyası;
  • Xidmət və kampaniyaların müştərilərə düzgün kommunikasiyasının həyata keçirilməsi;
  • Sosial media hesablarının düzgün idarə edilməsinə nəzarət;

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq, Menecment və digər iqtisadi yönümlü ixtisaslar üstünlükdür)
  • Marketinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Analitik düşüncə, kreativlik, müştəri yönümlülük, məsuliyyətlilik;
  • Dijital marketinq və ənənəvi marketinq üzrə biliklər;

Vakansiyaya müraciət üçün CV-lərin “Marketoloq-Gəncə” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı