Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Quba Palace Hotel Masajist vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Masaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
- Masajın tipini və növünü müəyyən edir;
- Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə edir, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlayır;
- Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
- Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment masajı edir;
- Qonaqlara özünü-masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
- Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
- Tələb olunan hallarda qonağı, onun ehtiyacı olduğu metodlardan istifadə edən masajçıya rəsmi şəkildə yönləndirir;
- Masaj otağında zəruri təmizlik və səliqəni təmin edir; Masaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır;
- Tələb olunduqda təlim sessiyaları və toplantılarda iştirak edir;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir
Namizədə tələblər:
- Azərbaycan dili mükəmməl səviyyədə
- Rus dili orta səviyyədə
- İngilis dili arzu olunandır
- Səlis danışıq qabiliyyəti
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
- Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
- Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olmas
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.