Qısa məzmun
PALID CO Mebel dizayneri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları,Adeko, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan və Rus dilləri, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- Iş təcrübəsi: Mebel istehsalı sahəsində 2 ildən az olmayaraq iş stajı.
- Xanım namizədlərə üstünlük verilir,
- Analitik düşüncə qabiliyyəti,
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
- Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
- Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
- Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
- Müasir və klasik üslub istiqamətlərini bilməsi,
- Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
- Müştəri ilə işləmə qabiliyyəti
İş qrafiki: Bazar ertəsi- şənbə 10:00-19:00
İş yerinin ünvanı: Bakı şəhəri.,Nərimanov rayon,Aşıq Molla Cümə küçəsi.
Əlaqə nömrəsi: 050-277-33-31
Əmək haqqı: 800 AZN + bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri” adını qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Qrafik Dizayner
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...