Qısa məzmun
ISTEC Mebel Dizayneri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Autocadda ölçülərə uyğun planın hazırlanması;
- Mebel yerləşim planı-yüksək keyfiyyətdə dizayn hazırlanması;
- Ölçülərə uyğun otağın Autocadda 3D yığılması;
- Dizayna uyğun Mebelin istehsala uyğun modellənməsi-modellənmiş mebellərin istehsalata kəsim listesini vermək və oların dəlik dosyasının PVC-lərni istehsalata təhvil verilməsi;
- Mebellərin detallı çertyoju və CNC işləmələri;
- Obyektdən ölçü götürməli , ölçüyə uyğun müştərinin istədiyi üslübda mebelin vizualizasiyasını hazırlaması;
- Mebelin istehsala getməsi üçün müvafiq ölçülərin hazırlanması və ustalara ötürülməsi;
- Müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı;
Tələblər:
- Memar-dizayner ixtisası üzrə ali təhsil.
- Ən az 2-3 il (fasiləsiz) iş təcrübəsi olmalı.
- Autocad 2D və 3D Modelləmə, 3Ds Max Vray, Carona (RENDER) Photoshop proqramlarını bilməli
- Azərbaycan dili əla səviyyədə, rus və ingilis dillərini orta səviyyədə bilməli.
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli.
- Komandada işləmək bacarığına sahib olmalı.
- İşgüzar ünsiyyət bacarığı.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət şənbə-bazar günləri, nahar-şirkət tərəfindən verilir.
- Əmək haqqı 600-800 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur).
- İş yeri: Yasamal rayonu, Mikayıl Müşfiq küç 172, (Bakı Media Mərkəzi ilə üzbə-üz)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Dizayner-Mebel” qeyd edəsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...