Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Mebel ustası vəzifəsi üzrə vakansiya elan edir. Ezamiyyə imkanları olmalıdır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
- 6 günlük iş həftəsi,
- Nahar fasiləsi: 12:00-13:00,
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salmaq;
- Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirmək;
- Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
- Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasını həyata keçirmək;
Tələblər:
- Ali və ya texniki təhsilli;
- Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 3 il;
- Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması;
- Ağac emalının texnologiyasını bilməlidir;
- Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
- Yaş həddi 30-50;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mebel ustası” Mövzu bölməsində göstərin.
Son müraciət tarixi: 15.10.2020.
Oxşar vakansiya siyahısı:
Elektrik
Mətanət A Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
Dərzi
Mətanət A Dərzi vəzifəsi üzrə vakansiya elan edir. Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalıdır. ...
Usta
Mətanət A Usta üzrə vakansiya elan edir. ...
700₼
Tort yığım ustası Maple Trading şirkəti Tort yığım ustası vəzifəsi üzrə vakansiya elan edir. ...