Qısa məzmun
Ferrum Capital Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir
Hansı özəlliklərə malik olmalıdır?
- Hüquq sahəsində ali təhsil;
- Sahə üzrə təcrübə üstünlükdür;
- Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?
- Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsini həyata keçirmək;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq.
Əlavə məlumat:
- Bazarertəsi – Cümə: 09:00 – 18:00
- Əmək haqqı: 400 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.