Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Məhsul meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini bilmək üstülükdür.
“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.
Tələblər:
- Təhsil: Ali və ya orta ixtisas
- Azərbaycan və ingilis dillərində səlis bilməli; Rus dilini bilmək üstülükdür;
- Satış təcrübəsi olmalıdır; (Elektronika və məişət avadanlıqları sahəsində təcrübənin olması üstünlükdür.)
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Güclü analitika qabiliyyəti;
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
- Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;
- Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək indiki və gələcək məhsul özəlliklərini müəyyən etmək, yeni məhsul ideyalarını və ya məhsul çeşidlərini ortaya çıxarmaq;
- Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;
- Rəhbərlik etdiyi kateqoriyanın satış strategiyasını rəhbərliklə bir yerdə müəyyənləşdirmək;
- Rəhbərlik etdiyi məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yükləmək və təqib etmək;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək;
- al və sorğulara vaxtında cavab vermək;
- Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;
- Rəhbərlik tərəfindən qoyulan, aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsi üçün səylə çalışmaq;
- Satış və stok vəziyyəti, bazar satış tenedesiyası və s. Məqamları nəzərə alaraq məhsul sifarişi hazırlayıb rəhbərliyə təsdiq etdirmək;
- Mağazaları analiz edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.
Biz Siz təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Ödənişsiz təlimlər;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Məhsul meneceri (Elektronika və məişət avadanlıqları üzrə)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...