Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Biznes-proseslərin idarə olunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Analitik təhlil bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Biznes İdarəsindən proseslərin təkmilləşdirilməsi və İdarədən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
- Biznes İdarəsinin biznes proseslərinin təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin hazırlanması;
- Biznes İdarənin proseslərin təkmilləşdirilməsi üzrə layihələrin idarə edilməsi, kredit və qeyri-kredit məhsulların yaradılması üzrə bazar araşdırmanın təşkili və araşdırma əsasında yeni təklifin hazırlanması və aidiyyatı struktur bölmələri ilə razılaşdırıması;
- Biznes İdarənin proseslərin avtomatlaşdırılması məqsədilə İdarədin strateji layihələri üzrə biznes planın təşkili, idarə edilməsi və aidiyyatı struktur bölmələri ilə koordinasiyası;
- Bir başa rəhbərinin tapşırıqlarının yerinə vaxtında və keyfiyyətli yerinə yetirilməsi, daimi və sorğuya əsasən hesabatın təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- 2 ildən artıq iş təcrübəsi;
- MS Office (Word, Excel, PowerPoint mütləq), Visio proqramlarından istifadə etmək bacarığı;
- Layihələrin idarə olunması üzrə biliklər;
- Azərbaycan dili, Rus dili üzrə yüksək biliklər, İngilis dili arzuolunandır;
- Analitik düşüncə və yüksək məsuliyyət hissi;
- Ünsiyyət qurma və koordinasiya bacarığı;
- Stress altında işləmək bacarığı;
- Vaxtın səmərəli planlaşdırılması və idarə olunması;
- Çeviklik və operativlik. İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.
Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Biznes-proseslərin idarə olunması üzrə mütəxəssis qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) hr@yelo.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...