“AzInTelecom” MMC Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Şirkət haqqında:
Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Şöbə:
- Kommersiya departamenti/ Marketinq şöbəsi
Vəzifə öhdəlikləri:
- Məhsulun yaxşılaşdırılması məqsədilə daxili və xarici müştərilərdən daxil olan sorğuları sənədləşdirmək
- Bazarın tədqiqi və rəqabət təhlilini yerinə yetirmək
- B2B müştərilər üçün proqram təminatı məhsullarını layihələndirmək və yaratmaq
- Məhsul boşluqlarının aradan qaldırılması üçün başlıca istifadə variantlarını təyin etmək
- Mükəmməl təşkilatçılıq bacarıqları, təfərrüatlara diqqət, çoxlu sayda tapşırıqları izləmək və alternativ prioritetlərlə çoxlu müxtəlif paralel təşəbbüslər üzərində işləmək qabiliyyəti
- Açıq ifadə olunmuş analitik qabiliyyət
- Biznes strategiyasının planlaşdırılması üzrə təcrübəyə üstünlük verilir
- Proqramlaşdırma və UX istiqamətində maraq əlavə üstünlükdür
Tələb olunan bilik və bacarıqlar:
- Komanda mühitində əməkdaşlıq şəraitində işləmək qabiliyyəti
- Təşkilatda bütün səviyyələrdə insanlarla effektiv şəkildə işləmək qabiliyyəti
- Mürəkkəb ideyaları effektiv şəkildə ötürmək bacarıqları
- Layihələri vaxtlı vaxtında yerinə yetirmək
Arzu olunan meyar və tələblər:
- Layihələrin idarə olunması sahəsində sertifikat əlavə üstünlükdür
- IT şirkətində təcrübə əlavə üstünlükdür
- Proqram təminatının inkişaf etdirilməsi və server inzibatçılığı sahəsində təcrübə
- Bulud məhsulları və xidmətlərinin işlənib hazırlanmasında təcrübə əlavə üstünlükdür
- MS Excel, MS Power Point və MS Project üzrə biliklər əlavə üstünlükdür
Təhsili:
- IT və ya kompüter elmləri sahəsində bakalavr dərəcəsi
- MBA əlavə üstünlükdür
Dil bilikləri:
- Azərbaycan dili, ingilis dili (orta səviyyə)
- Rus dili əlavə üstünlükdür
İş təcrübəsi:
- IT/Yüksək texnologiyalarla əlaqədar məhsulların işlənib hazırlanmasında ən azı üç (3) illik təcrübə
İş qrafiki:
09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...