“AzInTelecom” MMC Məhsul və xidmətlər üzrə mütəxəssis vakansiyasını elan edir.
Şirkət haqqında:
Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Şöbə:
- Kommersiya departamenti/ Marketinq şöbəsi
Vəzifə öhdəlikləri:
- Bulud məhsulları üzrə bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək;
- Bazarda yerini tutan və rəqabətə davamlı olmasına imkan verən məhsullar yaratmaq və artırmaq;
- Bir sıra müxtəlif amillərə və istifadələrə görə məhsul spesifikasiyalarının müəyyənləşdirilməsi;
- İnkişafda olan məhsullar üçün prototiplər hazırlayaraq istehsal və dizayn fəaliyyətlərinə dəstək;
- Məhsulların həyat qabiliyyətli və rəqabətli olmasını təmin etmək üçün bazar araşdırması materiallarına və satış məlumatlarına müraciət etmək;
- Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunması və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək;
- Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması;
- Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
- Komanda mühitində əməkdaşlıq şəraitində işləmək qabiliyyəti
- Təşkilatda bütün səviyyələrdə insanlarla effektiv şəkildə işləmək qabiliyyəti
- Mürəkkəb ideyaları effektiv şəkildə ötürmək bacarıqları
- Layihələri vaxtlı vaxtında yerinə yetirmək
Tələb olunan bilik və bacarıqlar:
- Bulud platformaların brend və məhsulları barədə məlumatlı olmaq;
- Bulud məhsullarının növləri barədə dərin bilik və təsəvvürə malik olmaq;
- Bulud texnologiyaları sahəsində müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq;
- Məhsulun dizayn edilməsi bacarıqlarına sahib olmalı və məhsul komponentləri ilə materialların həm funksional, həm də estetik cəhətdən birlikdə işləmə prinsiplərini anlamalı;
- Vaxtın idarə olunması bacarıqları.
Təhsili:
- Texniki təhsili olan namizədə üstünlük verilir
- Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi
Dil bilikləri:
- Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir
- Microsoft Office proqramlarında (Word, Excel və PowerPoint) sərbəst işləmə bacarığı
- Microsoft Project kimi proqramları bilənlərə üstünlük verilir
Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri):
- B2B və B2C arenası çərçivəsində əsas bulud platformaların və İaaS, PaaS, SaaS üzrə dərin biliklər
Xüsusi tələblər:
- AWS, Azure, DigitalOcean platformalarında məhsullar barəsində və praktik tətbiqdə təcrübəsinə malik olmaq.
- Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
İş təcrübəsi:
- İT sənayesində minimum 1 illik təcrübə
- Bulud Məhsul və Xidmət istehsalçısı və ya əlaqəli bir sahədə təcrübə.
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...