Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəb inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;
- Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
- Ümumtəhsil məktəblərində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi (ingilis və rus dili biliyi arzuolunandır);
- “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
- Monitorinq və qiymətləndirmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Komandada işləmə bacarığı;
- Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
- Minimum yaş həddi – 30 yaş
Üstünlüklər
- Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası
- Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
- Əmək haqqı yüksəkdir.
İş qrafiki: Tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafik.
Son müraciət tarixi: 25.06.2021
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “məktəb inspektoru” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...