Qısa məzmun
Ə/h 2000-2800 AZN. Modenis LLC eManat Məlumat bazalarının idarə olunması üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Məlumat Bazaları üçün prosedur və təlimatların tərtib və tətbiq etmək, mütəmadi yeniləmək
- Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarəetmək
- Məlumat bazalarının tamlığının və təhlükəsizliyinin siyasətlərə uyğun sazlamaq
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
- Gündəlik sazlama, quraşdırma, nəzarət və avtomatlaşdırmaq, təkmilləşdirmə fəaliyyətini icra etmək
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək
- Məlumat Anbarının (DWH) inzibatçılığı, sazlanması və nəzarət olunması
- SQL sorğuların analiz olunması və təkmilləşdirilməsi
Namizədə qoyulan tələblər:
- İş təcrübəsi: Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 3 il iş təcrübəsi
- Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
- Kompüter bilikləri: MSSQL və PostgreSQL məlumat bazaları üzrə dərin biliklər
- MSSQL və PostgreSQL məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər
- Komanda şəklində işləmə bacarığı
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır
İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 2000-2800 AZN
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Məlumat bazalarının idarə olunması üzrə aparıcı mütəxəssis” yazılmalıdır.