Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı şirkəti Məlumat Bazası üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə keçid edin: https://careers.abb-bank.az/
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Məlumat bazalarının işini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
- Yeni məlumat bazalarını qurmaq və sazlamaq;
- Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsini planlamaq və həyata keçirmək;
- Məlumat bazalarını monitorinq etmək, onların fasiləsiz işini təşkil etmək və arxivləşdirmək;
- Məlumat bazalarını köçürmək, ehtiyat mərkəzində qurulması işini planlamaq və təşkil etmək;
- Verilənlər bazasının fiziki quruluşunu və funksional imkanlarını,verilənlər bazası təhlükəsizliyini, məlumatların ehtiyat nüsxəsini və bərpa xüsusiyyətini müəyyənləşdirərək həll yollarını tövsiyə etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Azərbaycan, İngilis və Rus dili biliklərinə;
- Oracle, PostgreSQL, MongoDB məlumat bazaları üzrə iş təcrübəsinə;
- RDBMS və Oracle arxitekturası üzrə əsaslı biliklərə;
- Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklərə;
- Linux əməliyyat sistemi üzrə biliklərə;
- Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...