Qısa məzmun
AFB Bank Məlumat Mərkəzi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı.
İşin təsviri:
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Məlumat Mərkəzinə e-mail vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat Mərkəzi üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
AccessBank Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (İsmayıllı filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Port Rivoli Baku Qeydiyyatçı (Receptionist) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Ofis işləri üzrə Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı axtarışındayıq. ...
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...