Qısa məzmun
Azərbaycan Beynəlxalq Bank Məlumat mərkəzi üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Beynəlxalq Bankı Məlumat mərkəzi üzrə qrup rəhbəri vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Məlumat mərkəzinin gündəlik əməliyatlarının idarə edilməsini təmin etmək;
- Məlumat Mərkəzinin əməkdaşlarının fəalliyəti üzrə effektivliyin təmin olunması;
- Qrupun fəaliyyətinə dair tələb olunan hesabatların hazırlaması və təhlili;
- ABB-də qəbul olunmuş prosedurlara müvafiq olaraq tabeçiliyində olan əməkdaşların əməyinin qiymətləndirilməsini həyata keçirmək;
- Məlumat Mərkəzinin gündəlik əməliyatları üçün məqsədləri işləyib hazırlamaq;
- Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələrin icrasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Müştəri xidmətləri sahəsində rəhbər vəzifədə 2-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl bilən, ingilis dili biliyi arzuolunandır;
- MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
- Komandanın idarə edilməsi bacarığı olan;
- Analitik zəka, komanda ilə yüksək səviyyədə işləmək motivasiyası olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumat mərkəzi üzrə qrup rəhbəri” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...