Qısa məzmun
PAY Group Memar vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
Daxili dizayn məhsullarının showroom-u (giriş və otaq qapıları və aksesuarlar, parket, divar kağızı və s.)
Tələblər:
- Xanım namizədlər
- Memarlıq sahəsində ali təhsil
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
- Dillər (səviyyə): Azərbaycan, Rus – səlis; Ingilis – arzu olunandır.
- Kompüter bilikləri: AutoCad, SketchUp, Archicad, 3D MAX və Photoshop;
Vəzifələr:
- Layihələr üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
- Tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- İşlərin yüksək HSSE (health, safety, security and environment) tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
- Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
- Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü: 10:00-dan 19:00-dək
- Şənbə və bazar qeyri iş günüdür
- Nahar şirkət tərəfindən təmin olunur
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Sınaq müddəti 2 həftə;
Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi hr@paygroup.az e-mail ünvanına göndərəsiniz.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...