Memar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group Memar vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Memarlıq sahəsində ali təhsil,
  • Memarlıq sahəsində yerli və beynəlxalq standartları bilməlidir,
  • Müvafiq sahə üzrə təcrübə,
  • AutoCad, SketchUP, 3D Max ,Corona və Photoshop bilikləri,
  • Portfolio mövcudluğu,
  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək,
  • Rəhbərliyin tapşırıqlarını vaxtında təhvil vermək,
  • Tamamlanmış layihələrin və sahə nəzarəti təcrübəsinin mövcudluğu,
  • Paralel olaraq bir neçə layihəyə nəzarət etmək bacarığı,
  • Qüvvədə olan tikinti norma və qaydaları ilə işləmək bacarığı,
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni bilmək, layihələndirmənin bütün, mərhələlərində iştirak etmək.

Vəzifə öhdəlikləri:

  • Obyektə ilkin baxışın keçirilməsi, lazımı tələblərin müəyyən edilməsi və ölçu vərəqəsində qeyd  etməklə ölçü işlərinin aparılması;
  • İlkin baxış zamanı innovativ və müasir dizayn tendensiyaları barədə təkliflərin verilməsi;
  • Müvafiq proqram təminatı vasitəsilə qiymətləndirilmiş obyektin ilkin eskiz və işçi layihələrinin yüksək  keyfiyyətli üçölçülü təsvirlərinin (2D və 3D) hazırlanması;
  • Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunun əsas götürülməsi;
  • Layihənin icrası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərinin nəzərə alınması;
  • Hazırlanmış ilkin eskiz və işçi layihəni ilkin qiymətləndirmə üçün təqdim edilməsi və təklif olunan  yenilik və dəyişikliklərə əsasən layihənin üzərində yenidən işlənməsi:
  • Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edilməsi;
  • Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real  görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətinin yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
  • Şirkətə tələb olunan təqdimat sənədlərini dizayn görüşünün hazırlanması və toplanması.

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək;
  • Əmək haqqı: Müsahibə əsasında,
  • Nahar şirkət tərəfindən qarşılanır,
  • Korporativ nömrə,
  • Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Memar” yazaraq göndərə bilərlər.

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı