Qısa məzmun
Kristal Abşeron Memar vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- Müasir tikinti norma və qaydalarını, texnologiyalarını, tikinti materialların xüsusiyyətlərini və növlərini bilmə bacarığı;
- MS Office (Word, Excel), Autocad, ArchiCAD proqramlarında işləməyi bilməli;
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır.
Vəzifələr:
- Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
- Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
- Hüquqi qaydaları nəzərdən keçirtmək;
- Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
- Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
- Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
- Sxemlərin, maketlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək və yoxlamaq;
- Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək:
- Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
- Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
- Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
- Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək;
- Razılaşdırılmış və müəyyən edilmiş keyfiyyətə təminat normalarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini yaratmaq;
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanmasını təmin etmək məqsədilə tikinti və inşaat işlərinin keyfiyyətini monitorinq etmək və qeydə almaq;
- Yeni sistemin icrası və onun mövcud struktur və layihələrə inteqrasiyası ilə bağlı podratçılar, sifarişçilər, səlahiyyətli şəxslər və yardımçı heyətlə müzakirələr və məsləhətləşmələr aparmaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...