Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AbCon LLC Memar-dizayner vəzifəsi üzrə vakansiya elan edir. AutoCAD və Autodesk 3ds Max proqramlarında işləməyi bacarmalıdır.
Vəzifə funksiyaları:
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir.
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir.
- Hazırladığı “Mood board”-ları təqdim edir, əsaslandırır və bəyənilmiş “Mood board” üzərindən işini davam etdirir.
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir.
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlayır.
- Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür.
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə alır.
- Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.
- İş vaxtı: Qanunvericiliyə uyğun;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25A.
Əmək haqqı: 1500-2500 manat (namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaqdır).
Tələblər:
- Ali təhsil (istiqamət: memarlıq, mühəndislik, rəssamlıq, incəsənət);
- İstiqamət üzrə minimum 10 il, vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
- AutoCAD və Autodesk 3ds Max proqramlarında işləməyi bacarmalı;
- CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop, (Adobe InDesign) proqramlarında işləməyi bacarmalı;
- Tikinti norma və qaydalarını bilməlidir;
- İşçi və eskiz layihələrini hazırlamağı bacarmalı və işlərin layihəyə uyğun icra olunduğuna nəzarət etməlidir;
- İşə planlı yanaşmağı bacarmalıdır;
- İşdə dəqiq və məsuliyyətli olmalıdır;
- Portfolio mütləqdir(əlavə edin: Məsələn, behance.net-dən).
Qeyd:
Subject bölməsində “Memar – Dizayner” vakansiyası üçün müraciət olunduğunu qeyd edin.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...