Qısa məzmun
SMTS MMC Memar (Layihə qrupu)vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Konsept layihənin hazırlanması-RİBA stage-2;
- Eskiz layihəsinin (eskiz planları, 3D illustrasiya və 3D animasiya) hazırlanması;
- Funksional zonalaşma sxeminin hazırlanması;
- Dizayn təkmilləşdirilməsi mərhələsinin, işçi layihələrin hazırlanması -RİBA stage -3;
- Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;
- Memarlıq işləri bölməsi üzrə bütün mərhələlərin sənədlərinin işlənib hazırlanması;
- Texniki dizayn mərhələsinin hazırlanması -RİBA stage-4;
- Tam interyer dizayn paketinin hazırlanması üzrə:
- İnteryer planlar
- İnteryer görünüşlər və müvafiq detallar
- Mebel və avadanlıqların tipologiya cədvəlləri və detalları-
- Tamamlama materiallarına aid tipologiya cədvəlləri və detalları
- Daxili qapı və pəncərələrin tipologiya planları, tipologiya cədvəlləri və detalları
- Nişanlar və istiqamətləndirici işarələr (daxili və xarici)
- Otaqların və sahələrin təsnifatı (room book) və sahə məlumatlarının hazırlanması
- Memari bölmə üzrə texniki şərtnamələrin (specifications) hazırlanması;
- Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;
- Tikintinin icrası üçün lazım olan bütün dizayn məlumatlarının /sənədlərinin (hər bir disiplin üzrə) eləcə də çizgilərin, texniki şərtnamələrin, təsnifatların, iş həcmlərinin smetaların və müvafiq qiymət / xərc məlumatlarının tikinti üçün tam koordinasiya edilmiş şəkildə təqdim edilməsi;
- Departament meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və fərmanların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
- Məxfi informasiyanın və şirkət sirlərinin saxlamağa məsuldur;
- Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.
Namizədə olan tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil
- Memar olaraq olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək)
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
- Komandada işləmək bacarığına sahib olmalı
- İşgüzar ünsiyyət bacarığı
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Memar (Layihə qrupu)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...