Qısa məzmun
Ə/h 400-500 AZN. Avrasiya Tərcümə Mərkəzi Menecer vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir.
İş barədə məlumat:
- Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi
- Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi
- Müştərilərlə danışıqlarda iştirak etmək, müqavilələrin bağlanması və gələn sifarişlərin tərcüməçilərə yönləndirilməsi
- Beynəlxalq yazışmalar aparmaq
- Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (poçtla, kuryerlə, elektron poçtla və s.)
- Gələn qonaqların qarşılanması
- Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməs
- Sosial şəbəkələr üçün nəzərdə tutulan video təqdimatlarda iştirak
- İş vaxtı 09:00 – 19:00
- İş günü 6/1 (bazar günü istirahət günü)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) cv@avrasiyabaku.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Menecer” qeyd etmələri xahiş olunur.
Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir)
- İş təcrübəsi: minumum 3 il iş stajı olan, bilavasitə müştərilərlə xidmət sahəsində çalışan namizədlərə üstünlük veriləcəkdir
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir. Sərbəst istifadəçi
- Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir
- Nitq qüsursuz
- Rahat şəkildə Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir)
- Eyni anda bir neçə işi görmək bacarığı
- Mehriban, xoşgörünüşlü və ünsiyyətcil
- Stressədavamlılıq
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsiKomandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq
Oxşar vakansiya siyahısı:
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...