Qısa məzmun
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Müraciətlərlə iş üzrə menecer üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Bütün kanalllardan müraciətlərin cavablandırılması;
- Müraciətlərin qeydiyyatının aparılması;
- Ön satış danışıqlarının həyata keçirilməsi;
- Elanların hazırlanması və paylaşılması;
- Tələb və təkliflərin hesabat kimi təqdim edilməsi və ona uyğun işlərin görülməsi.
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq
- İş qrafiki: I-VI günlər saat 09:00-dan 18:00-dək
- İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli 4/6
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Marketinq, Beynəlxalq əlqalər, Menecment istiqamətləri üzrə təhsilli olması və ya hazırda o istiqamətdə təhsil alması arzuolunandır)
- İş təcrübəsi arzuolunandır (təhsil mərkəzləri);
- Dil bilikləri: Azərbaycan dili – səlist, Rus dili – üstünlük ;
- MS Office, Google gsuite, Adobe Photoshop proqramlarında işləmək bacarığı;
- Səliqəli xarici görünüş, müştərilərlə və kollektivlə xoş ünsiyyət qurmaq bacarığı (yazılı və şifahi);
- Müştəri ilə danışıq zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı;
- Etirazlarla və bəhanələrlə ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
- Müraciət sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll edilməsi bacarığı;
- Bir neçə tapşırığı paralel vaxtlarda görmək və məlumatları təhlil etmək və qiymətləndirmək;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək və detallara diqqət etmək bacarığı;
- Məsuliyyətlilik;
- Təşəbbüskarlıq.
Namizədlərdən cv-lərini cv@taim.edu.az ünvanına “Müraciətlərlə iş üzrə menecer” başlığı altında göndərməyi xahiş olunur. Nəzərə çatdıraq ki, başlıqsız maillər diqqətdən yayına bilər.Əlavə olaraq fotosuz CV-lər nəzərdən keçirilməyə bilər.