Qısa məzmun
Universal PRO MMC Mentorluq proqramı vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığına malik olmalıdır.
Universal PRO şirkəti yeni məzunları və cavan kadrları şirkətimizin əməkdaşı olmağa dəvət edirik. Gənc kadrların real iş mühitindəki təcrübələrinin az olduğunu və özlərinə uyğun iş tapmaqda çətinlik çəkdiklərini nəzərə alaraq 2 aylıq mentorluq proqramına start veririk. Mentorluq proqramımız kariyerasını satış departamentində qurmaq istəyən gənclərimizə Korporativ Satış Mütəxəssisi və Satış Kordinatoru pozisyalarında təcrübə keçmək şansı yaradır. Universal PRO şirkəti 20 ildən çoxdur ki, təchizat sahəsində fəaliyyət göstərir və ölkənin lider şirkətləri sırasındadır. Müştərilərimiz arasında həm dövlət, həm də özəl sektorun yeyinti, neft-qaz, sənayə və digər sahələrinə aid olan şirkətlərin olması satış sahəsində hərtərəfli təcrübə əldə etməniz üçün əla fürsətdir.
Mentorluq proqramında hər pozisya üzrə 3 seçilmiş iştirakçı 2 ay müddətində şirkətimizin satış supervayzerləri və müdiri ilə birlikdə çalışacaq, verilən tapşırıqları yerinə yetirəcək və mentorluq proqramının sonunda müdriyyət tərəfindən seçilmiş 2 nəfər komandamıza seçiləcək.
Öhdəliklər:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması, onlarla görüşmələrin keçirilməsi;
- Müştəridən sifarişlərin qəbul olunması , qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması, Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Satışların artırılması, Satışların idarə edilməsi, bacarıqların inkişaf etdirilməsi və məhsul haqqında biliklərin inkişaf etdirilməsi yolu ilə sərfəli nəticələrin əldə edilməsinə cavabdehdir.
- Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətinin inkişaf edə biləcəyi bir mühitin yaradılması.
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştəri tələblərinə uyğun məhsul təklif etmək, məhsul barəsində töfsiyyələr vermək və təkliflər məktubunu hazırlanmasını;
- Müştərilərdən gələn sorğuların müəyyən edilməsini(anbar, daxili bazar və ya xarici bazar);
- Müştəri tələbinə görə sifariş edilən malların müşaiyət edici sənərlərlə təmin edilməsini(sertifikatlar, texniki məlumatlar və s.) ;
- Təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsini;
- Müştərilər tərəfindən təklif və iradların qeydiyyatı və menecerə ötürülməsini təmin edilməsini;
- Müştərilərin suallarının cavablandırılmasını.
- Vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqların həyata keçirilməsini.
Tələblər:
- Ali təhsil (satış və marketinq sahəsində),
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilmək arzu olunandır
- Problemlərin təhlili və həlli, qərar vermə bacarığı;
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar;
- Təqdimat edə bilmə və inandırmaq bacarığı olan; Sərbəst, özünə güvənən;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Microsoft Office ilə qabaqcıl istifadə bacarıqları;
- Yaş həddi 21-25;
- Komandada işləmək bacarığına malik olmalıdır.
İş şəraiti
- • 6 günlük iş qrafiki – həftəiçi 09:00 – 18:00, Şənbə günü 10:00 – 14:00,
Proqrama müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hisssəsində “Mentorluq proqramı” yazıb hr@universal-az.com e-mail ünvanına göndərməkləri göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...