Qısa məzmun
Panasam MMC şirkəti Qida sektorunda çalışmaq üçün Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Yaş :21-33
- Müvafiq vəzifə üzrə 3 ildən az olmayan iş təcrübəsi;
- Azərbaycan dili (Rus və İngilis dil biliyi arzu olunandır);
- Analtik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Məsuliyyət,məxfilik, stresə dözümlülük, komanda ilə işləmək,dəqiqlik, analiz etmək bacarığı və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Vəzifələr:
- Uyğun namizədlər,Panasam MMC-nin əməkdaşlıq etdiyi satış nöqtələrində şirkətə məxsus məhsulların, müqavilə şərtlərinə uyğun olaraq ayrı-ayrı rəflərdə düzülüşünün təşkili,nəzarəti və sifarişlərin və geri iadələrin idarə olunması, malların etibarlılıq müddətinə nəzarət və satış üzrə statistik göstəricilərin həyata keçirilməsi kimi
- Şirkətin təqdim etdiyi marştrut üzrə merçendayzinq əməliyyatlarının həyata keçirilməsi kimi
- Uyğun Namizədlər Panasam MMC- nin Merçendayzerlər üçün hazırladığı və aşağıda göstərilən 15 qızıl qaydaya əməl etmək üzrə öhdəlik daşıyacaq.
- Rəflərin təmiz , işıqlanmanın normal olduğuna əmin ol !
- Malların öz kateqoriyasına uyğun sərgiləndiyinə əmin ol !
- Rəflərdə boş qalmış yerləri yeni mallarla doldur !
- Rəflərdə çeşid və mal sayının qənaətbəxş olduğuna əmin ol !
- Malları əl və göz səviyyəsində, müştərilərə əlçatan formada sərgilənməsini təşkil et !
- Malların rəflərdə, mərkəz və ya mərkəzdən sağa doğru sərgilənməsini təşkil et !
- Malların daha çox və əlverişli nöqtədə sərgilənməsini təşkil et !
- Bütün malların üzərində qiymətlərin olduğuna əmin ol !
- Qiymətlərin mağaza formatına uyğun, düzgün olduğuna əmin ol !
- Qiymətlərin soldan-sağa artan istiqamətdə olduğuna əmin ol !
- Malların sərgilənmə şəraitinin münasib ( temperatur, rütübət s) olduğunu yoxla !
- Malların son istifadə müddətini yoxla və istifadə müddətinin bitməsinə 1 (bir) həftə qalmış məhsulları satışdan kənarlaşdır və bu barədə ofisə məlumat ver !
- İstifadə müddətinə az qalmışları ön, digərlərini arxa sırada düzülüşünü təşkil et !
- Satılmayan məhsuların yerini dəyişin !
- Məhsul haqqında müştəriləri məlumatlandır !
İş şəraiti:
- Bazar ertəsi- Şənbə: 9:00 – 18:00
- AR Əmək məcəlləsinə əsasən rəsmi sənədləşmə.
- Rabitə və nəqliyyat xərclərinin şirkət tərəfindən qarşılanması
Əmək haqqı 450-600 Azn Net
Uyğun namizədlər Mövzü yerində Merçendayzer yazmaqla şəkilli CV-lərini office@panasampartners.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Iceland Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
Iceland 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur. ...
ABC-Pharm Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ABC-Pharm Regional OTC qrup üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...